Ronaldinyo siyasətə qoşulur

Ronaldinyo siyasətə qoşulur
14-12-2017 / 18:10 FUTBOL
168

Braziliyanın əfsanəvi futbolçusu Ronaldinyo siyasətə qoşulur. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, sabiq yarımmüdafiəçi senator olmaq fikrinə düşüb.

 

Belə ki, o, Sosial-Xristian partiyasına Mias-Jerays vilayətindən seçiləcək. Doğrudu, Ronaldinyo namizədliyini hələ rəsmən açıqlamayıb. Lakin Braziliyanın növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək Sosial-Xristian partiyasının rəhbəri Jair Bolsonaronun komandasında sabiq futbolçunun da adı var.

 

Qeyd edək ki, Ronaldinyo karyerasını 2015-ci ildə “Fluminense”nin heyətində bitirib.