PSJ-nin transfer planları, Emerinin bahalı saatı və Neymarın forması oğurlandı

PSJ-nin transfer planları, Emerinin bahalı saatı və Neymarın forması oğurlandı
14-12-2017 / 19:52 FUTBOL
319

PSJ-nin baş məşqçisi Unay Emeri soyğunçuluğa məruz qalıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssisin Parisdəki evi qarət olunub.

 

Kimliyi hələlik müəyyənləşdirilməmiş oğrular Emerinin evinə girərək onun dəyəri 7 min avro olan “Rolex” saatını, qolbağını və həyat yoldaşına məxusus iki “Chanel” markalı çanta aparıblar. Oğurlanan əşyaların ümumi qiyməti 20 min avro məbləğində dəyərləndirilir.

 

Bundan başqa, ispan çalışdırıcının bir sıra sənədləri də yoxa çıxıb. Onun PSJ-li futbolçuların maaşları, bonusları yazılan və komandanın gələcək transfer planlarının yer aldığı sənədlərdən ibarət qovluğu da qarət olunub.

 

Oğurlanın əşyalardan biri də hazırda Emerinin rəhbərliyi altnda çıxış edən braziliyalı Neymarın formasıdır.

 

Qeyd edək ki, sözügedən hadisə Emerinin komanda ilə birlikdə səfərdə olduğu vaxt baş verib.