Avropadakı ən yaxşı braziliyalı kim olacaq?

Avropadakı ən yaxşı braziliyalı kim olacaq?
15-12-2017 / 00:32 FUTBOL
149

Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçu adına namizədlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, hər il keçirilən və qalibə “Samba Gold” mükafatı verilən yarışda ilkin mərhələdə 30 futbolçu mübarizə aparacaq.

 

“Köhnə qitə”də çıxış edən ən yaxşı “sambaçı” adına aşağıdakı futbolçular namizəddir.

 

Aleks Sandro (“Yuventus”), Alisson Beker (“Roma”), Talişka (“Beşiktaş”), Kazemiro (“Real”), Dani Alves (PSJ), Danilo (“Mançester Siti”), David Luiz (“Çelsi”), Duqlas Kosta (“Yuventus”), Ederson (“Mançester Siti”), Fabinyo (“Monako”), Fernandinyo (“Mançester Siti”), Filipe Luis (“Atletiko”), Fred (“Şaxtyor”), Qabriel Jesus (“Mançester Siti”), Juliano (“Fənərbaxça”), Jemerson (“Monako”), Luiz Qustavo (“Marsel”), Malkom (“Bordo”), Marselo (“Real”), Markinyos (PSJ), Miranda (“İnter”), Neymar (PSJ), Paulinyo (“Barselona”), Felipe Koutinyo (“Liverpul”), Robert Firimino (“Liverpul”), Tayson (“Şaxtyor”), Tyaqo Silva (PSJ), Vaqner Lav (“Alaniyaspor”), Villian (“Çelsi”), Villian Xose (“Real Sosyedad”).

 

Qalib idman jurnalistləri və bir neçə məşhur keçmiş braziliyalı futbolçunun səsverməsi ilə bəlli olacaq.

 

Qeyd edək ki, ötən il bu mükafatı Felipe Koutinyo qazanmışdı. Daha öncəki iki ildə isə Neymar hər kəsi qabaqlayıb.