“Kəpəz”in qış hazırlıq planı açıqlandı

“Kəpəz”in qış hazırlıq planı açıqlandı
15-12-2017 / 12:17 FUTBOL
204

Azərbaycan Premyer Liqasında yaranan qış fasiləsi ilə əlaqədar, “Kəpəz”in üzvləri istirahətə buraxılıblar. Apasport.az klubun saytına istinadən xəbər verir ki, komandanın tətil günləri yanvarın 4-nə qədər davam edəcək.

 

Sonrakı iki gün ərzində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 7-də baş məşqçinin sərəncamında olacaqlar.

 

Yanvarın 8-dən isə “sarı-göylər” gündə iki dəfə olmaqla təlim-məşq toplanışına start verəcək. Komanda ayın 13-nə kimi “Dalğa Arena”da qalıb, çalışmalarını da burada davam etdirəcək. Daha iki gün isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcəklər.

 

“Kəpəz”in üzvləri yanvarın 16-da istirahət edəcək. Bir gün sonra isə komanda Türkiyəyə yollanaraq, hazırlığın bundan sonrakı hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-nə qədər qardaş ölkədə qalacaq.