“Antalyaspor”un futbolçusu Azərbaycan yığmasında

“Antalyaspor”un futbolçusu Azərbaycan yığmasında
15-12-2017 / 13:01 FUTBOL
655

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının hazırlıq planı bəlli olub. Apasport.az saytının məlumatına görə, yığmamız dekabrın 19-dan 26-dək təlim-məşq toplanışı keçirəcək.

 

Millimiz hazırlıqlarını Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gerçəkləşdirəcək. Komandamız toplanış çərçivəsində 3 yoldaşlıq oyunu keçirəcək.

 

Yığmamız Asiya ölkəsinə 18 futbolçu ilə yollanacaq: Beyzanur Aslan (“Antalyaspor”, Türkiyə), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı “Baku Siti”), Ləman Niftəliyeva, Alina Nəhmədova, Ümnisə Əliyeva (hamısı “Fidan”), Gizem Arık (“Kanalboyu Nilüferspor”, Türkiyə), Melis Ersoy (“Karabük Gənclikspor”, Türkiyə), Fidan Abdulrəhmanova (“Keşlə”), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ”), Elvira Əsgərzadə, Minarə Gözəlova, Nərmin Əhmədli, Sona Rəhimova, Aytac Nemətova, Lamiyə Əlizadə (hamısı “Təhsil”).