“Qrizman komandadan ayrılacaq” – Dieqo Simeone

“Qrizman komandadan ayrılacaq” – Dieqo Simeone
15-12-2017 / 13:31 FUTBOL
435

“Atletiko”nun hücumçusu Antuan Qrizmanın mövsümün sonunda “Barselona”ya transferi gözlənilir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəhbərliyindən sonra madridlilərin baş məşqçisi Dieqo Simeone də bu keçidə razılıq verib.

 

Argentinalı mütəxəssis yerli mətbuata açıqlamasında Qrizmanın komandadan ayrılacağını istisna etməyib: “Oyunçularımı çox sevirəm. Onların böyüdüyünü görmək məni məmnun edir. Əgər kimsə gəlib mənə desə ki, başqa komandada oynamaq istəyirəm, ona problem yaratmaram. Bu, mümkün olan hər şeyi etmiş Qrizman olsa belə, əngəl törətmərəm. Qrizman vaxtı gələndə komandadan ayrılacaq. Necə Arda Turanla Dieqo Kostaya icazə vermişdikdə, onun da getməsinə razı olacağıq”.

 

Qeyd edək ki, Antuan Qrizman “Atletiko”ya 2014-cü ildə “Real Sosyedad”dan keçib.