“Neftçi”nin Antalyada rəqibləri bəlli oldu

“Neftçi”nin Antalyada rəqibləri bəlli oldu
15-12-2017 / 14:55 FUTBOL
2636

"Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, bu gündən etibarən istirahətə buraxılan komandanın üzvləri iki mərhələdən ibarət təlim-məşq toplanışı keçmək üçün yanvarın 5-də bir araya gələcəklər.

 

Əsasən fiziki hazırlığa üstünlük veriləcək ilk mərhələ yanvarın 15-dək Bakıda təşkil olunacaq. Yanvarın 12-də yerli klublardan biri ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.


Yanvarın 17-dən 31-dək Türkiyənin Antalya şəhərinə yollanacaq “ağ-qaralar” Bələkdə yerləşən "Alva Donna" otelində məskunlaşacaq. Bu mərhələdə daha çox texniki və taktiki hazırlığa nəzər yetiriləcək.

 

"Neftçi”nin Türkiyədə 5 yoxlama oyunu keçirməsi planlaşdırılır. Tərlan Əhmədovun yetirmələri yanvarın 22-si Rusiyanın “SKA-Xabarovsk”, 25-i Rumıniyanın "Konkordiya” və Ukraynanın "Çernomorets”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə qarşılaşacaq.

 

Təlim məşq-toplanışında yanvarın 30-u nəzərdə tutulan görüşə isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.

 

Qeyd edək ki, “Neftçi”nin sınaqçı rəqiblərindən olan “SKA-Xabarovsk”da “ağ-qaralar”ın sabiq futbolçusu Georgi Navalovski oynayır.