“Zirə”də rəsmi ayrılıq - FOTO

“Zirə”də rəsmi ayrılıq - FOTO
15-12-2017 / 16:00 FUTBOL
315

Ölkə kubokunda mübarizəni ¼ finalda dayandıran “Zirə” bir futbolçu ilə yolları ayırıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, söhbət David Manqadan gedir.

 

Fransalı yarımmüdafiəçinin “Zirə”dən gedişi rəsmiləşib. 28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.

 

Qeyd edək ki, “Zirə” çempionatda qış fasiləsinə 3-cü pillədə yollanıb.