“Ustalıq sonda öz sözünü dedi” – Samir Əliyev

“Ustalıq sonda öz sözünü dedi” – Samir Əliyev
15-12-2017 / 18:22 FUTBOL
3100

“Ağır məğlubiyyətdi, 4 top buraxdıq. Danışmaq çətindi. Oyundan sonra uşaqlara təşəkkür etdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib.

 

Gənc çalışdırıcı Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ”yə 2:4 hesablı məğlubiyyətə şərh verib: “5 ayda keçdiyimiz yola görə. Çalışdıq ki, hamısına şans verək. Oturub, 5 ayda gördüyümüz işləri analiz edək. “Qəbələ” çox güclü rəqib idi. Bu gün “Qəbələ” kimi komandalarla eyni səviyyədə mübarizə aparmağa hazır deyilik. Eyni sayda qol vəziyyəti yaratsaq da, ustalıq sonda öz sözünü dedi.

 

- Demək olar ki, bəzi oyunçuların şans limitii bitdi?

- Belə deməzdim. İstərdim ki, oyunçulara daha çox şans verək. Kim az, kim çox oynadı. Oturub nəticə çıxaracağıq. Gələn və gedənlər olacaq. Çalışacağıq daha yaxşı hazırlaşaq, qol vəziyyətlərindən düzgün yararlanaq.

 

- Rəqib 3, siz isə 5 müdafiəçi ilə oynayırdıniz...

- Yaxşı sualdı. Ancaq “Qəbələ” 3 yox, 4 müdafiəçi ilə oynayırdı. İstərdim ki, gələcəkdə belə mövzulara çox toxunulsun. İkinci hissədə 4-3-3-ə keçdik. Çalışdıq etibarlı oynayaq və qol vuraq. Bəzən işlər planlaşdırdığınız kimi getmir.

 

- Standart vəziyyətlər zamanı ucaboy oyunçular arxada qalırdılar. Bu nə ilə bağlıdı?

- Təkcə Madonu arxada saxlayırdıq. Çünki o, başla yaxşı oynaya bilmir. Nurlan Novruzov balacadı deyə müdafiəyə çəkə bilmərəm. Ən azı irəlidə mübarizə aparırdı.

 

- İlk yarıda ən problemli mövqeyiniz kimi hansını qeyd edərdiniz?

- Bütün mövqeləri gücləndirmək istərdik. Mərkəz və cinah hücumçularının daha keyfiyyətli olmasını istəyirik. Bəlli büdcəmiz var, buna uyğun oyunçular gətirməyə çalışacağıq.