“Səbail” əcnəbilərlə vidalaşır

“Səbail” əcnəbilərlə vidalaşır
15-12-2017 / 19:10 FUTBOL
449

“Səbail”in qış fasiləsində yollarını ayıracağı futbolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantı üç legioneri ilə vidalaşacaq.

 

Söhbət Jarskis Eqdaras, Adrian Popoviçi və Renan Tellesdən gedir.

 

Bu barədə komandanın baş məşqçisi Samir Əliyev açıqlama verib.

 

Gənc çalışdırıcı ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra bu futbolçularla vidalaşacaqlarını bildirib: “Çox güman ki, Renan, Jarskis və Popoviçi olmayacaq. Razılaşmışıq, onlarla yollarımızı ayıracağıq. Gedənlər arasında yerlilər də olacaq. Həmçinin təlim-məşq toplanışımızın proqramı da müəyyənləşib. Bunların hamısı bəllidi. 1-2 günə hamısı açıqlanacaq”.