Karateçimiz Türkiyədə “qızıl” qazandı

Karateçimiz Türkiyədə “qızıl” qazandı
15-12-2017 / 23:11 DÖYÜŞ NÖVLƏRİ
256

Türkiyənin İstanbul şəhərində VI Beynəlxalq “Turkish Open Karate Tournament” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, bu gün başlayan yarış 3 gün davam edəcək.

 

Azərbaycan təmsilçiləri mübarizəyə medalla başlayıblar. Belə ki, 10 yaşlı Orxan Musayev yarışların birinci günündə qızıl medal qazanıb.

 

45 kq çəki dərəcəsində çıxış edən karateçimiz 4 görüşdə rəqiblərini məğlub edərək, birinciliyə yüksəlib.

 

Qeyd edək ki, Musayev bu ay Bakıda keçirilən budo üzrə açıq dünya kuboku yarışlarında da qızıl medal qazanıb.