Dembele “Real”a qarşı oynayacaq?

Dembele “Real”a qarşı oynayacaq?
16-12-2017 / 11:03 FUTBOL
342

“Barselona”nın futbolçusu Usman Dembele sıraya dönüb. Apasport.az saytı xəbər verir ki, fransalı yarımmüdafiəçi zədəsini tam sağaldıb.

 

Dembele La Liqanın XVII turunda əzəli rəqib “Real”la keçiriləcək matçda komandasına kömək edə biləcək. Məlumatı İspaniyanın “Marca” nəşri yayıb.

 

Dembele sentyabrda zədələnərək, uzun müddətə sıradan çıxmışdı.

 

Qeyd edək ki, “Real” – “Barselona” matçı dekabrın 23-də keçiriləcək.