“Neftçi” 4 mövqeyə yeni futbolçu axtarır

“Neftçi” 4 mövqeyə yeni futbolçu axtarır
16-12-2017 / 11:15 FUTBOL
3433

Qış fasiləsindən sonra daha iddialı olmağı hədəfləyən “Neftçi” transfer çalışmalarına start verib. Apasport.az saytı xəbər verir ki, “ağ-qaralar” 4 mövqeyə yeni oyunçu axtarışına çıxıblar.

 

Baş məşqçi Tərlan Əhmədovu daha çox müdafiənin mərkəzi narahat edir. Pavel Dreksa və Rahil Məmmədov təcrübəli çalışdırıcını qane etmədiyindən, onların yerinə yeni futbolçular alınacaq. Əhmədov rəhbərlikdən imkan olsa 2, əks halda isə 1 mərkəz müdafiəçisinin transfer edilməsini istəyib.   

 

46 yaşlı mütəxəssis müdafiənin sol cinahının da gücləndirilməsini tələb edib. Bu mövqedə oynayan Mateo Mujeklə yollar ayrılacaq. Gənc futbolçu Anton Krivotsyukun səviyyəsi isə baş məşqçini tam qane etmir. Bu səbəbdən Əhmədov müdafiənin solunda daha güclü futbolçunu oynatmaq arzusundadı.

 

“Neftçi” dayaq yarımmüdafiəçisi mövqeyinə də oyunçu axtarır. Əhmədov dağıdıcılığı yaxşı bacaran futbolçuya ehtiyacının olduğunu bildirib.

 

Məşqçilər korpusunu narahat edən digər mövqe isə hücum xəttidi. Əhmədov rəhbərliklə söhbətində yeni forvard alınmasını istəyib. “Neftçi”nin axtarışları uğurla nəticələnəcəyi təqdirdə, paytaxt klubu qış fasiləsində 2 hücumçu da transfer edə bilər.

 

Baş məşqçi komandasına 1 milliləşdirilmiş futbolçunun da qatılmasının tərəfdarıdı.