Stankoviç daha 2 il "Qəbələ"də

Stankoviç daha 2 il
16-12-2017 / 14:00 FUTBOL
4015

“Qəbələ” Vojislav Stankoviçlə yeni müqavilə imzalayıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, serbiyalı müdafiəçi ilə anlaşma daha 2 il müddətinə uzadılıb.

 

30 yaşlı futbolçu 2019-cu ilin sonunadək “qırmızı-qara” forma geyinəcək.

 

2015-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Stankoviç bu komandanın heyətində Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 101 matçda 2 qol vurub.

 

Qeyd edək ki, serbiyalı müdafiəçi Premyer Liqada 60, Avropa Liqasında 28 (1 qol), Azərbaycan kubokunda isə 13 matç (1 qol) keçirib.