Kontenin əvəzinə Ançelotti

Kontenin əvəzinə Ançelotti
16-12-2017 / 14:43 FUTBOL
451

“Çelsi” rəhbərliyi komandanın baş məşqçisi postunda dəyişiklik etməyə qərar verib. Apasport.az saytı xəbər verir ki, bu barədə “Daily Record” nəşri məlumat yayıb.

 

“Zadəganlar” hazırkı çalışdırıcı Antonio Konte ilə yolları ayırmağı düşünürlər. Əvəzində London klubunun “sükanı arxası”na Karlo Ançelottinin keçəcəyi bildirilir. “Bavariya”dan ayrıldıqdan sonra işsiz qalan mütəxəssis fevraldan etibarən “Çelsi”ni çalışdıracaq.

 

Hazırda rəhbərlik Ançelotti ilə müqavilənin detallarını müzakirə etməklə məşğuldu.

 

Qeyd edək ki, İngiltərə çempionatında 17 turdan sonra 35 xal toplayan “Çelsi” turnir cədvəlində 3-cüdü.