“Fənərbaxça” Çalhanoğlunu istəyir

“Fənərbaxça” Çalhanoğlunu istəyir
16-12-2017 / 17:14 FUTBOL
379

“Milan”ın türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər. Apasport.az saytı “Fotomaç”a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində “Fənərbaxça” maraqlıdı.

 

“Sarı-lacivərtlilər” Hakanı icarəyə götürməyi planlaşdırırlar. İstanbul təmsilçisi bu günlərdə “Milan”a rəsmi təklif göndərəcək.

 

“Rossonyerlər” də Çalhanoğlu ilə yolları ayırmağa razıdılar. Yeni baş məşqçi Cennaro Qattuzo onu komandasında görmək istəmir. Futbolçu özü də “Milan”da xoşbəxt deyil və klubunu dəyişmək niyyətindədi.

 

Qeyd edək ki, karyerası ərzində “Karlsrue”, “Hamburq” və “Bayer”də də oynamış Çalhanoğlu “Milan”a bu il keçib. O, “rossonyerlər”in heyətində ümumilikdə 19 matçda 2 qola imza atıb.