Nəsirov məğlubiyyəti kənardan izlədi

Nəsirov məğlubiyyəti kənardan izlədi
17-12-2017 / 00:30 FUTBOL
174

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) XVII tur davam edir. Apasport.az saytının məlumatına görə, U-21 millimizin üzvü Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Varzim” lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Nəsirov sonadək oyunu ordan izləyib.

 

Qeyd edək ki, “Sportinq” hazırda 24 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.