Zidan > Ramos + Pelleqrini + Mourinyo + Ançelotti + Benites

Zidan > Ramos + Pelleqrini + Mourinyo + Ançelotti + Benites
17-12-2017 / 01:00 FUTBOL
598

Klublararası dünya çempionatının qalibi olan “Real” bununla da Zinəddin Zidanın rəhbərliyi ilə 8-ci tiulunu qazanıb. Apasport.az saytının məlumatına görə, fransız baş məşqçi Madrid klubunda hərəsi 2 dəfə olmaqla Çempionlar Liqası, Avropa Superkuboku və klublararası dünya çempionatını, eyni zamanda bir dəfə də La Liqa çempionluğu və İspaniya Superkubounu qazanıb.

 

Bu nəticələrdən sonra Zidan “kral klubu”nda ən çox titul qazanan baş məşqçilərin sıralamasında Visente Del Boskeni arxada qoyaraq Luis Molvinlə birlikdə ikinci sıraya yüksəlib. Zizu sadəcə 14 titul qazanmış Migel Munyosdan geri qalır.

 

Maraqlıdı ki, Zinəddin Zidan həm də son illər “Real”a rəhbərlik etmiş 5 məşqçinin birlikdə qazandığından daha çox titul qazanıb. Belə ki, Xuande Ramos, Manuel Pelleqrini, Joze Mourinyo, Karlo Ançelotti və Rafael Benites birlikdə cəmi 7 titul qazana biliblər.