Ronaldo narazıdı, “Real”ın prezidenti ilə görüşəcək

Ronaldo narazıdı, “Real”ın prezidenti ilə görüşəcək
18-12-2017 / 09:20 FUTBOL
556

“Real”ın futbolçusu Kriştianu Ronaldo klubun prezidenti Florentino Pereslə görüşəcək. Apasport.az saytı “Marca”ya istinadən xəbər verir ki, portuqaliyalı superulduz maaşının artırılmasını istəyir.

 

Ronaldo “Barselona”nın üzvü Lionel Messi və PSJ-nin hücumçusu Neymar da daxil olmaqla, dünyanın bütün futbolçularından çox məvacib almaq niyyətindədi.

 

“Barsa” ilə yeni müqavilə imzalayandan sonra Messinin illik maaşı təxminən 50 milyon avroya bərabər olacaq. Ronaldo isə bunu qəbul edə bilmir. O, 5-ci dəfə “Qızıl top” mükafatını aldıqdan sonra daha artıq məvacibə layiq olduğunu düşünür.

 

Qeyd edək ki, 32 yaşlı futbolçunun “Real”la hazırkı sözləşməsinin müddəti 2021-ci ilin yayına kimi nəzərdə tutulub.