Yığmamızın oyunçusu “qara zolaq”dan çıxa bilmir - FOTO

Yığmamızın oyunçusu “qara zolaq”dan çıxa bilmir - FOTO
18-12-2017 / 09:34 TOP OYUNLARI
437

Qadın voleybolçular arasında İtaliya A seriyasında XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Yamamay”ın qonağı olub.

 

Qarşılaşma təmsilçimizin komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Səmədova əvvəlki turlarda olduğu kimi bu dəfə də oyunu azarkeş kimi izləyib. Təəssüf ki, komandanın ona inamının olmaması yekunda yığmamızın əleyhinə işləyəcək.

 

Qeyd edək ki, “Skandiççi” bu qələbədən sonra “Yamamay”ı qabaqlayaraq, 3-cü yerə yüksəlib. Onların aktivində 26 xalı var.