Millimiz Nikaraquanı keçdi, Ruandadan geri düşdü

Millimiz Nikaraquanı keçdi, Ruandadan geri düşdü
18-12-2017 / 10:00 FUTBOL
2920

FİFA-nın milli komandalar üçün 2017-ci ildəki son reytinq cədvəli dekabrın 21-də açıqlanacaq. Apasport.az saytının məlumatına görə, artıq siyahı ilə bağlı ehtimallar cədvəli də müəyyənləşib.

 

Təxmini siyahıya baxsaq, ötən cədvəllə müqayisədə müəyyən dəyişikliklər qeydə alınıb. Buna səbəb yığmaların iştirakı ilə baş tutan azsaylı qarşılaşmalardı.

 

Dəyişikliklər Azərbaycan millisinin mövqeyinə təsir etməyib. Ötən ay açıqlanan cədvəldə hesabında 281 xal olan yığmamız eyni göstərici ilə yenə 117-ci pillədə qərarlaşıb.

 

Düzdü, heç bir matç keçirməyən millimizin qonşularının siyahısında dəyişiklik diqqət çəkir. Vyetnam və Ruanda təxmini cədvəldə komandamızı arxada qoyub. Nikaraqua və KXDR isə yığmamızdan aşağı yuvarlanıb.

 

Millimiz və “qonşular”ı

112 (125). Vyetnam – 298

113 (120). Ruanda - 295

114 (112). Türkmənistan – 292

115 (125). Bəhreyn – 282

115 (120). Qırğızıstan - 282

117 (117). Azərbaycan – 281

118 (119). Namibiya - 274

119 (103). Nikaraqua - 273

120 (121). Yəmən – 268

121 (122). Yeni Zelandiya – 267

122 (123). Mərkəzi Afrika Respublikası - 266

122 (123). Toqo - 266

 

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik olmayacaq. 

 

İlk “onluq”

1 (1). Almaniya – 1602

2 (2). Braziliya – 1483

3 (3). Portuqaliya – 1358

4 (4). Argentina – 1348

5 (5). Belçika – 1325

6 (6). İspaniya - 1231

7 (7). Polşa - 1209

8 (8). İsveçrə - 1190

9 (9). Fransa – 1183

10 (10). Çili – 1162

 

Qonşu Türkiyə yığması 42-ci yerdə qalacaq. “Ay-ulduzlular”ın 735 xalı var.

 

Millimizin növbəti yoxlama matçındakı rəqibi Gürcüstanın da mövqeyi dəyişməz qalıb. 322 xalla qonşularımız 104-cü sırada qərarlaşıb.