Yuri Maksimov Bakıya gələcəyi tarixi açıqladı

Yuri Maksimov Bakıya gələcəyi tarixi açıqladı
18-12-2017 / 13:08 FUTBOL
336

“Dekabrın 24-də müqavilə imzalamaq üçün Bakıya gələcəm”. Bu sözləri apasport.az saytına “Keşlə”nin yeni baş məşqçisi Yuri Maksimov deyib.

 

Hazırda ölkəsində olan ukraynalı mütəxəssis müqavilənin şərtləri və qarşıya qoyulan hədəflərlə bağlı sualı cavabsız qoyub.

 

O, yalnız rəsmi sözləşməyə qol çəkdikdən sonra danışa biləcəyini vurğulayıb: “Tərəflərin şərtləri barədə indi danışmaq istəmirəm. Həftəsonu gəlib rəhbərliklə görüşəcəm. Bütün detalları müzakirə etdikdən sonra suallarınızı cavablandıra bilərəm”.

 

Qeyd edək ki, mövsümə Zaur Svanadzenin rəhbərliyi altında başlayan “Keşlə”ni ilk yarısının son 4 turunda meydana Ramiz Məmmədov çıxarıb.