Premyer Liqada ilin ən yaxşısı

Premyer Liqada ilin ən yaxşısı
18-12-2017 / 14:03 FUTBOL
3212

Azərbaycan Premyer Liqasında 2017-ci ilin ən yaxşı komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2016/17 mövsümünün ikinci, 2017/18 mövsümünün ilk yarısının nəticələrində “Qarabağ” hamını arxada qoyub.

 

Qurban Qurbanovun yetirmələri il ərzində keçirdiyi 28 qarşılaşmanın 21-də, yəni 75 faizində qalib gəlib. Yalnız 3 dəfə uduzan ağdamlılar cəmi 14 top buraxması ilə də hamıya nümunə olub.

 

Məhsuldarlıqda isə “Qəbələ” fərqlənib. 2017-ci ilin 3-cü komandası olan Roman Qriqorçukun yetirmələri “Qarabağ”dan 15 xal geri qalsa da, daha çox qol sevinci yaşayıb. “Qırmızı-qaralar” 46, Ağdam klubu 45 dəfə rəqib qapılarına yol tapıb.

 

“Qəbələ”ni cəmi 2 xal üstələyən “Zirə” 2017-ci ildə topladığı xalların sayında ikincidi. Qəsəbə təmsilçisi də 40-dan artıq qol vuranlardandı.

 

Ümumiyyətlə isə bitməkdə olan ildə 9 klub yüksək dəstədə çıxış edib. Onlardan ikisi – AZAL və “Səbail” 1, digərləri isə 2 mövsümün yarım hissələrində iştirak edib. İl ərzində Premyer Liqada 112 matç baş tutub ki, azarkeşlər də 263 qola şahid olublar. Orta məhsuldarlıq 2,348-ə bərabərdi.

 

1

Qarabağ

28

21

4

3

45-14

67

2

Zirə

28

15

9

4

41-22

54

3

Qəbələ

28

15

7

6

46-28

52

4

Sumqayıt

28

11

5

12

32-34

38

5

Neftçi

28

11

3

14

32-31

36

6

Kəpəz

28

8

4

16

24-43

28

7

Keşlə

28

7

5

16

27-45

26

8

Səbail

14

4

1

9

9-21

13

9

AZAL

14

0

2

12

7-25

2