Gəldi, xal görmədi, getdi - FOTO

Gəldi, xal görmədi, getdi - FOTO
18-12-2017 / 14:17 FUTBOL
413

Ramiz Məmmədovun Bakının “Keşlə” klubunun baş məşqçisi postundakı fəaliyyəti başa çatıb. Apasport.az saytının məlumatına görə, Zaur Svanadzenin istefasından sonra müvəqqəti bu vəzifəyə təyin olunan 49 yaşlı çalışdırıcı paytaxt təmsilçisini 7 matça çıxara bilib.

 

Bu oyunlardan 4-ü Premyer Liqaya təsadüf edib. Amma Məmmədov gəldiyi komandada çempionat xalına həsrət qalıb. 4 məğlubiyyət alan “Keşlə” məşqçisini xal görmədən yola salıb.

 

Bu 4 görüşdə bakılılar cəmi 2 qol vurub. Rəqibləri isə Məmmədovun yetirmələrini 10 topla məyus ediblər.

 

Düzdü, müvəqqəti çalışdırıcı kubokdakı fəaliyyəti nisbətən uğurlu olunub. “Keşlə” 3 oyunda 3 qələbə qazansa da, bunlar I divizion təmsilçisi MOİK və aşağı liqaya yuvarlanmağa namizəd “Kəpəz” üzərində əldə olunub. Kubokda 8 qol vuran keşləlilər öz qapısından 2-ni buraxıb.

 

Ümumilikdə 7 matçda heç-heçəsi olmayan Məmmədovun komandası 3 qələbə və 4 məğlubiyyət yaşayıb. Onun yetirmələri 10 qol vurub və 12-ni buraxıb.