“Neymar kimi oyunçuya ehtiyacımız yoxdu” – klub prezidenti

“Neymar kimi oyunçuya ehtiyacımız yoxdu” – klub prezidenti
18-12-2017 / 18:47 FUTBOL
765

“Bavariya”nın prezidenti Uli Höness transferlərə astronomik məbləğdə pul xərcləməyəcəklərini bildirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, bir oyunçu üçün maksimum 70 milyon dollar ödəyə biləcəklərini söyləyib.

 

Höness PSJ-nin müvafiq olaraq 222 və 180 milyon avro qarşılığında heyətinə qatdığı Neymarla Kilian Mbappe transferinə də münasibət bildirib. Klub prezidenti onların bu pula dəymədiklərini düşünür: “Bizim Neymar kimi oyunçunu almağa ehtiyacımız yoxdu. Mən onun çox yaxşı futbolçu olduğunu da düşünmürəm. Mbappeni bəyənirəm, ancaq onu da 180 milyona almaram. Levandovskinin alternativi kimi bir hücumçu axtarırıq. Əgər ehtiyac olduğunu düşünsək, 50, 60 və ya 70 milyon avroluq transferlər edə bilərik”.

 

Höness komandanın aparıcı oyunçuları Aryen Robben və Frank Riberinin gələcək taleyi ilə bağlı qərarı isə aprel ayına qədər verəcəklərini söyləyib.