Yığmamızın üzvləri 2 milyon dollarlıq yarışa qatılır

Yığmamızın üzvləri 2 milyon dollarlıq yarışa qatılır
21-12-2017 / 14:32 STOLÜSTÜ OYUNLAR
539

Dekabrın 26-da Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində şahmatın rapid və blits növləri üzrə şəxsi dünya çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, 2 milyon dollar mükafat fondu olacaq yarışda Azərbaycan şahmatçıları da iştirak edəcəklər.

 

Kişilərin yarışında ölkəmiz Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Rauf Məmmədovla təmsil olunacaq. Qadınların mübarizəsində isə lövhə arxasına Günay Məmmədzadə, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva keçəcəklər.

 

Dekabrın 26-27-də dünya çempionatında rapid, növbəti 2 gündə blits növləri üzrə qaliblər müəyyənləşəcək.