İkiqat Avropa çempionu dopinqdə ilişdi

İkiqat Avropa çempionu dopinqdə ilişdi
23-12-2017 / 15:56 ATLETİKA
456

Atletika üzrə ikiqat Avropa çempionu Naycel Levayn dopinq qalmaqalının antiqəhrəmanı olub. Apasport.az saytının məlumatına görə, böyük britaniyalı atletin A probunda qadağan olunmuş preparat aşkarlanıb.

 

28 yaşlı idmançının orqanizmində klenbuterol olduğu müəyyənləşib. Lebaynın B probunun yoxlanması yaxın günlərdə gerçələşəcək.

 

Qeyd edək ki, Levayn qitə çempionluqlarını 4x400 m məsafəyə estafet qaçışında əldə edib.