Rauf Məmmədov Şəhriyar Məmmədyarovu qabaqladı

Rauf Məmmədov Şəhriyar Məmmədyarovu qabaqladı
29-12-2017 / 09:38 STOLÜSTÜ OYUNLAR
366

Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində şahmatın rapid növü üzrə keçirilən şəxsi dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan millisinin üzvləri üçün uğurlu alınmayıb.

 

Belə ki, komandamızın heyətində ən yaxşı nəticəni Rauf Məmmədov göstərib. O, 15 matçdan 10 xal toplamaqla 8-ci yeri tutub. Qədir Hüseynov da komanda yoldaşı ilə eyni xal yığıb. Lakin əlavə göstəricilərə görə 9-cu olub. Hər 2 şahmatçımız ilk “üçlük”dən 0,5 xal geri qalıb.

 

Digər şahmatçılarımızdan Şəhriyar Məmmədyarov 23-cü, Eltac Səfərli 24-cü (hər ikisi 9 xal), Rəsul İbrahimov 94-cü (7), Arkadi Naydiç 101-ci (6,5) pillədə qərarlaşıb.

 

Qadınların mübarizəsində isə Ülviyyə Fətəliyeva komanda yoldaşları arasında ən yaxşı nəticəni göstərib. O, 10 xalla 7-ci olub. Türkan Məmmədyarova 9 xalla 16-cı, Gülnar Məmmədova 8 xalla 36-cı, Zeynəb Məmmədyarova 7 xalla 63-cü və Günay Məmmədzadə 6,5 xalla 77-ci yeri tutub.

 

Ər-Riyadda bu gün və sabah blits növləri üzrə yeni dünya çempionları müəyyənləşəcək.