Ağırlıqqaldırma Olimpiadadan çıxarılır

Ağırlıqqaldırma Olimpiadadan çıxarılır
29-12-2017 / 10:58 ATLETİKA
2653

Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramında dəyişiklik etmək istəyir. Apasport.az saytı Türkiyə məlumatına istinadən xəbər verir ki, ağırlıqqaldırma dördilliyin ən mötəbər yarışından çıxarıla bilər.

 

Buna son illər ərzində baş vermiş dopinq qalmaqalları səbəb olub. Bu üzdən IOC Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına (IWF) vaxt verib. IWF 2018-ci ilin yayınadək dopinqlə mübarizə proqramını təqdim etməlidilər.

 

Belə ki, Pekin və London Yay Olimpiya Oyunlarının təkrar yoxlanılması zamanı 40 atletin qanında istifadəsi qadağan edilən dərman preparatı tapılıb. Bundan sonra ciddi islahatlar etməli olan federasiya Tomaş Ayanı yenidən qurum rəhbəri seçib.  

 

Hazırda 9 ölkə yarışdan kənarlaşdırılıb ki, onlar Anahaymda keçirilən dünya çempionatına qatıla bilməyib. Bu 9 ölkədən biri olan Azərbaycanın cəzasını yaxın vaxtda aradan qaldıracağı gözlənilir. Həmkarlarımız Azərbaycan Ağır Atletika Federasiyasının  Ayanla danışıqlarının müsbət nəticələndiyini və 1 illik diskvalifikasiyanın oktyabrda deyil, martda bitəcəyini qeyd ediblər. Eyni söhbət Türkiyəyə də aiddi.  

 

Qeyd edək ki, 1896-cı ildən Olimpiya proqramına salınan ağırlıqqaldırma 1908 və 1912-ci illərdə də Olimpiada proqramından çıxarılıb.