Dünyanın ən yaxşıları: Nə Messi, nə də Ronaldo

Dünyanın ən yaxşıları: Nə Messi, nə də Ronaldo
29-12-2017 / 22:53 DİGƏR NÖVLƏR
453

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) 2017-ci ildə dünyanın ən yaxşı idmançılarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 112 ölkədən 517 jurnalistin iştirak etdiyi səsvermədə ayrı-ayrılıqda həm qadın, həm də kişi idmançıların siyahısı açıqlanıb.

 

Maraqlıdır ki, ötən il olduğu kimi bu dəfə də ilk yerləri tennisçilər Roje Federer və Serena Uillyams tutub. Futbolçular Kristiano Ronaldo və Lionel Messi isə uyğun olaraq 2 və 3-cü yerləri tutublar.

 

Hər iki kateqriyada ilk 5 yeri tutan idmançıları təqdim edirik.

 

Kişilər

1. Roje Federer (tennis) – 918 (19.94%)

2. Kriştiano Ronaldo (futbol) – 788 (16.94%)

3. Lionel Messi (futbol) – 530 (11.39%)

4. Luis Hemilton (F1) – 358 (7.69%)

5. Rafael Nadal (tennis) – 351 (7.54%)

 

Qadınlar

1. Serena Uillyams (tennis) – 651 (13.99%)

2. Katinka Hossu (üzgüçülük) – 631 (13.56%)

3. Ellison Feliks (yüngül atletika) – 495 (10.64%)

4. Ketlin Ledeki (üzgüçülük) – 442 (9.5%)

5. Qarbinye Muqrusa (tennis) – 351 (7.54%)