“Azərreyl”lə matça legionersiz gəlir

“Azərreyl”lə matça legionersiz gəlir
05-01-2018 / 09:37 TOP OYUNLARI
238

Rumıniyanın “Ştiinta” voleybol klubu Bakıya gətirəcəyi heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakau təmsilçisi “Çelenc Cup”ın 1/16 final mərhələsinin “Azərreyl”lə cavab görüşündə 12 oyunçunun xidmətindən yararlanacaq.

 

Ölkə çempionatında 4-cü olan “Ştiinta”nın baş məşqçisi Florin Qrapa “dəmiryolçular”la qarşılaşmada yeganə sloveniyalı legionerləri Karmen Kocarın xidmətindən yararlanmayacaq. O, yanvarın 9-da olacaq görüşdə yerli voleybolçulara gücənəcək.

 

İlk matçda 3:1 hesabı ilə qələbə qazanan “Ştiinta”nın ölkəmizə gətirəcəyi heyət belədi:

 

1. Melinda Sipos, 2. Adriana Roqojinaru, 4. Anamariya Berdila, 5. Alise Kapelovies, 6. Mihaela Albu, 7. Ana Kristina Cazacu, 8. Loredana Filipas, 9. Ana-Mariya Lupa, 10. İrina-Kristina Radu, 12. Georgina Fales, 13. Aleksandra Ciucu, 16. Lorena Raisa Ciocian