Əfsanə yığmaya qayıdır

Əfsanə yığmaya qayıdır
06-01-2018 / 14:41 STOLÜSTÜ OYUNLAR
658

Hindistan şahmatının əfsanəsi Vişvinatan Anand şahmat Olimpiadasında iştirak etməyə qərar verib. Apasport.az saytının məlumatına görə, 15-ci dünya çempionu bu ilin payızında baş tutacaq yarışda Hindistan yığmasının şərəfini qoruyacaq.

 

Sonuncu dəfə 2006-cı ildə analoji yarışda iştirak edən Anand 12 ildən sonra Olimpiadaya qatılacaq. Şahmatçı bunu sürətli şahmat üzrə dünya çempionu kimi mükafatlandırılarkən açıqlayıb.

 

Qeyd edək ki, 2018-ci ilin payızında baş tutacaq Olimpiada Gürcüstanın Batumi şəhərində keçiriləcək.