Natalya və Kseniyadan fərqli göstəricilər, fərqli nəticələr

Natalya və Kseniyadan fərqli göstəricilər, fərqli nəticələr
07-01-2018 / 18:02 TOP OYUNLARI
209

Voleybol üzrə qadınlar arasında Rusiya Super Liqasında XII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvləri Natalya Məmmədova və Ksenya Poznyakın çıxış etdiyi komandalar da növbəti oyunlarını keçiriblər.

 

Əvvəlcə Poznyakın oynadığı “Leninqradka” “Uraloçka”nı qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ksenya bu görüşdə 9 xal toplaya bilib.

 

Natalya Məmmədovanın komandası Kazan “Dinamo”su isə Çelyabinskli adaşları “Dinamo Metar”la üz-üzə gəlib. Bu oyunda rahat qələbə qazanan tatarıstanlılar liderliyini davam etdiriblər. Meydan sahiblərinin 3:0 (25:10, 25:19, 25:19) hesablı qələbə qazandığı görüşdə Natalya 13 xal toplayıb.

 

Qeyd edək ki, 12 oyundan sonra 33 xalı olan “Dinamo K.” Turnir cədvəlinin lideridirsə, “Leninqradka” 14 xalla 7-ci pillədə qərarlaşıb.