Fransa çempionatında Azərbaycan dueli

Fransa çempionatında Azərbaycan dueli
08-01-2018 / 18:07 TOP OYUNLARI
351

Qadın voleybolçular arasında Fransa çempionatında növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, XII tur Azərbaycan millisinin üzvlərinin dueli ilə yadda qalıb.

 

Belə ki, Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venel” Olena Həsənova formasını geyindiyi “Le Kann”ı qəbul edib. Gərgin keçən qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Görüşdə Qurbanova 18, Həsənova 16 xal toplayıb.

 

12 matçdan sonra “Venel” 19 xalla turnir cədvəlində 4-cü, “Le Kann” 16 xalla 6-cıdı.