“Azərreyl” “qızıl set”də uduzdu - YENİLƏNİB

“Azərreyl” “qızıl set”də uduzdu - YENİLƏNİB
09-01-2018 / 19:52 TOP OYUNLARI
1770

Bu gün qadın voleybolçular arasında “Çelenc Cup” turnirində 1/16 final mərhələsinin cavab görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə təmsilçimiz  “Azərreyl” “Ştiinta” (Rumıniya) ilə üz-üzə gəlib.

 

Qarşılaşma gözlənildiyi kimi gərgin keçib. Çünki səfərdə 1:3 hesablı məğlubiyyət alan "dəmiryolçular" 3:0 qələbə qazanaraq görüşü "qızıl set"ə aparıblar.

 

Ancaq bu, voleybolçularımıza o qədər də asan başa gəlməyib. Belə ki, ilk setdə 7 xal fərqi ilə geri düşən komandamız sonradan toparlanaraq dönüş yarada biliblər.

 

İkinci hissədə isə geri düşən rəqib sonradan toparlansa da, bu, qalibiyyət üçün yetərli olmayıb. Vəziyyətin belə olduğunu görən rəqibin baş məşqçisi Florin Qrapa ehtiyat heyətlə oynayaraq, üçüncü seti "Azərreyl"ə "bağışlayıb" və komandasını "qızıl set" üçün qoruyub.

 

Sonuncu, həlledici hissə də kifayət qədər gərgin olub. "Azərreyl" hesabda öndə olsa da, rəqib sonda toparlanıb və 15:13 hesabı ilə qələbə qazanaraq 1/8 finala adlayan tərəf olub. 

 

“Çelenc Cup”

1/16 final, cavab oyunu

9 yanvar

 

“Azərreyl” (Azərbaycan) - “Ştiinta” (Rumıniya) - 3:0 (25:23, 27:25, 25:14)

Qızıl set: 13:15

Hakimlər: Teodora Kiriopoulou (Yunanıstan), Milan Nikoliç (Bosniya və Herseqovina)

Bakı. Voleybol Mərkəzi

İlk oyun: “Ştiinta” (Rumıniya) – “Azərreyl” (Azərbaycan) - 3:1 (25:23, 25:20, 22:25, 25:18)
 

“Azərreyl”: 1. Ceyran Əliyeva, 2. Nərmin Fərəcova, 3. Anna Dovhopolyuk, 4. Nelli Salbişvili, 5. Maqdelana Qrika, 6. Ayşən Abduləzimova, 7. Svetlana Dorsman, 8. Viktoriya Ağakişiyeva, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 18. Şəfaqət Həbibova

 

“Ştiinta”: 1. Melinda Sipos, 2. Adriana Roqojinaru, 4. Anamariya Berdila, 5. Alise Kapelovies, 6. Mihaela Albu, 7. Ana Kristina Cazacu, 8. Loredana Filipas, 9. Ana-Mariya Lupa, 10. İrina-Kristina Radu, 12. Georgina Fales, 13. Aleksandra Ciucu, 16. Lorena Raisa Ciocian