Arda “Başakşəhər”lə anlaşdı

Arda “Başakşəhər”lə anlaşdı
09-01-2018 / 18:57 TOP OYUNLARI
476

“Barselona”nın futbolçusu Arda Turan “Başakşəhər” klubu ilə ilkin razılıq əldə edib. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə klubu rəsmi saytı vasitəsilə yayıb.

 

İstanbul təmsilçisinin prezidenti Göksəl Gümüşdağ özü də xəbəri təsdiqləyib. O, dünən İspaniyada görüşdüyü 31 yaşlı yarımmüdafiəçi ilə hərtərəfli anlaşdıqlarını söyləyib. “Başakşəhər” Ardanı 1,5 illik icarəyə götürmək niyyətindədi. Futbolçuya ilk 6 ayına görə 4 milyon, gələn mövsüm üçün isə 6 milyon avro təklif edib. Ardanın razılığını alan türklər sponsorların dəstəyi sayəsində “Barselona” ilə də ortaq məxrəcə gəlməyə çalışırlar.

 

Qeyd edək ki, Arda Turan “Barselona”ya 2015-ci ildə “Atletiko”dan keçib.