“Azərreyl”ə qalib gələcəyimizi düşünmürdüm” – rumıniyalı hücumçu

“Azərreyl”ə qalib gələcəyimizi düşünmürdüm” – rumıniyalı hücumçu
10-01-2018 / 12:35 TOP OYUNLARI
192

“Rəqibimiz çox güclü idi və iki komanda arasında çox gözəl maraqlı mübarizə getdi”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Ştiinta” klubunun voleybolçusu Adriana Roqojinaru deyib.

 

33 yaşlı hücumçu “Çelenc Cup”ın 1/16 final mərhələsində “Azərreyl”i mübarizədən kənarlaşdırmaqlarını şərh edib. "Ştiinta"nın kapitanı bildirib ki, cavab oyununda 0:3 hesabı ilə məğlub olduqdan sonra “Qızıl set”də qalib gələcəklərinə inamını itiribmiş: “Qarşılaşmada uduzduqdan sonra qalib gələcəyimizi düşünmürdüm. “Qızıl set”də 5:10 hesabı ilə geri düşdükdə inamımız çox az idi. Amma biz bunu bacardıq”.

 

Qeyd edək ki, “Ştiinta” evdə “Azərreyl”ə 3:1 hesabı ilə qalib gəlmişdi. Bakıda da 0:3 hesabı ilə uduzduğundan cütün güclüsü “Qızıl set”də müəyyənləşib. Rumınlar 15:13 hesablı qələbə sayəsində 1/8 final mərhələsinə yüksəliblər.