Rəqib baş məşqçi “Azərreyl”i mübarizədən kənarlaşdırmağın sirrini açdı

Rəqib baş məşqçi “Azərreyl”i mübarizədən kənarlaşdırmağın sirrini açdı
10-01-2018 / 14:40 TOP OYUNLARI
348

“Rəqibimiz çox güclü idi. Açığını deyim ki, “Qızıl set”də qalib gələcəyimizə inanmırdım”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Ştiinta” klubunun baş məşqçisi Florin Qrapa deyib.

 

Təcrübəli mütəxəssis “Çelenc Cup”ın 1/16 final mərhələsinin “Azərreyl”lə cavab oyundan danışıb. O bildirib ki, 0:3 hesabı ilə uduzduqdan sonra “Qızıl set”də qalib gəlmələri yetirmələrinin əsl döyüşçü keyfiyyətlərini ortaya qoyması səbəbindən rəsmiləşib: “Xüsusilə həlledici hissəyə “Azərreyl” üstün başladı. 5:10 hesabı ilə geridə olarkən artıq inamımı itirmişdim. Lakin komandam toparlanmağı bacardı və sonadək döyüşərək gözəl oyun nümayiş etdirdi”.

 

Qeyd edək ki, “Qızıl set”də məğlub olan “Azərreyl” avrokubokla vidalaşıb.