“Sumqayıt” Sideni seçdi

“Sumqayıt” Sideni seçdi
10-01-2018 / 16:20 FUTBOL
299

“Sumqayıt" yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi baş məşqçi Samir Abasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 19-dək Sumqayıtda keçəcək.

 

Bu müddət ərzində komanda 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 15-də "Qaradağ Lökbatan", 18-də isə "Səbail"lə üz-üzə gələcək "Sumqayıt" hazırlığın ikinci mərhələsini yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək.

 

Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçəcək Abasovun komandası "The Sense De Luxe" otelində məskunlaşacaq. "Sumqayıt" qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. Yanvarın 25-də Polşanın "Poqon", 28-də Makedoniyanın "Akademiya Pandev", 31-də Rusiyanın "Anji" klubu ilə üz-üzə gələcək kollektiv fevralın 3-də isə Serbiya təmsilçisi "Mladost"la qarşılaşacaq.