“Neftçi” 5 yoxlama oyunu keçirəcək

“Neftçi” 5 yoxlama oyunu keçirəcək
10-01-2018 / 16:28 FUTBOL
244

"Neftçi”nin əvəzedici komandası çempionatın ikinci hissəsinin hazırlığını davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, bugünkü məşq “ağ-qaralar”ın bazasında olub.

 

Yanvarın 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Yanvarın 14-ü U-19 millisi, 21-i "Səbail”in, 28-i isə "Neftçi”nin 19 yaşlılardan ibarət komandaları ilə hazırlıq oyunları nəzərdə tutulub.

 

Yanvarın 30-u nəzərdə tutulan görüş haqda isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.