“Qarabağ” testdən keçdi - FOTO

“Qarabağ” testdən keçdi - FOTO
10-01-2018 / 16:34 FUTBOL
228

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda hazırlığın ikinci günündə yerli vaxtla saat 11:00-da səhər məşqinə çıxıb.

 

Futbolçular səhər məşqində laktat testindən keçib. Bu testin əsas mahiyyəti oyunçuların fiziki durumunu yoxlamaqdan ibarətdi. Bu gün bir sıra legionerlər də təlim-məşq toplanışına qoşulub.

 

“Qarabağ” yerli vaxtla 17:30-da günün ikinci məşqinə çıxacaq.