Ayaz Quliyev rəsmən “Rostov”da

Ayaz Quliyev rəsmən “Rostov”da
10-01-2018 / 17:39 FUTBOL
427

Azərbaycan əsilli futbolçu Ayaz Quliyevin “Rostov”a keçidi rəsmiləşib. Apasport.az-ın məlumatına görə, bu barədə Rusiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

Bu günlərdə “Anji” ilə yollarını ayıran və Moskva “Spartak”ına məxsus olan 21 yaşlı yarımmüdafiəçi yeni komandasında da icarə əsasında çıxış edəcək. Razılaşmaya əsasən, o, mayın 31-nə qədər “Rostov”un formasını geyinəcək.

 

Qeyd edək ki, Quliyev sabiq komandası “Anji”də 23 oyunda 1 qola imza atıb. Rusiyanın bütün aşağı yaş qrupu üzrə yığmalarında çıxış etmiş Ayazın Azərbaycan millisinə çağırılması istisna deyil.