Araz Abdullayev kubokda sevindi

Araz Abdullayev kubokda sevindi
10-01-2018 / 21:16 FUTBOL
645

Kipr Kubokunda 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk görüşlər çərçivəsində “Anortosis” də oyuna çıxıb.

 

Milli komandamızın üzvü Araz Abduallayevin çıxış etdiyi Famaqusta təmsilçisi doğma meydanda “Ayia Napa” ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Araz matça start heyətində başlayıb.

 

Qeyd edək ki, iki komanda arasında cavab oyunu yanvarın 17-də keçiriləcək.