“Qəbələ”nin oyunu Qurbanovun diqqət mərkəzində

“Qəbələ”nin oyunu Qurbanovun diqqət mərkəzində
10-01-2018 / 21:40 FUTBOL
731

Antalyada hazırlıqları davam etdirən “Qəbələ” bu gün yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi “Akhisar”la qarşılaşan “qırmızı-qaralar” oyundan 1:1 hesablı bərabərliklə ayrılıblar.

 

Qarşılaşma milli komanda rəsmilərinin də diqqət mərkəzində olub. Belə ki, oyunu izləyənlər arasında millimizin baş məşqçisi Qurban Qurbanov da olub.

 

“Rixos Premium” otelinin meydançasında baş tutan matçı Köməkçisi Elçin Rəhmanovla birlikdə izləyən təcrübəli mütəxəssis 90 dəqiqə ərzində müşahidə aparıb.

 

Qeyd edək ki, Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunmuş Qurban Qurbanov Antalyada milli ilə iki sınaq matçı keçirəcək. Çalışdırıcı hələ ki, komandamızın heyətini açıqlamayıb.