“Qəbələ” qərar verməyə tələsmir - baxışdakı futbolçu ilə bağlı

“Qəbələ” qərar verməyə tələsmir - baxışdakı futbolçu ilə bağlı
10-01-2018 / 23:16 FUTBOL
420

Antalyada hazırlığını davam etdirən “Qəbələ” baxışa oyunçu çağırıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” braziliyalı futbolçu Kaike Versiliyo Da Silvanı sınayır.

 

“Santos”un B komandasında forma geyinən 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin “Qəbələ”dəki taleyi ilə bağlı klubun meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Klub rəsmisi oyunçunun 3-4 gündür komanda ilə birlikdə olduğunu, bugünkü hazırlıq matçıda isə təxminən 20-25 dəqiqə oynadığını bildirdi. Baş məşqçi Roman Qriqorçuk hələlik yeni oyunçu ilə bağlı qərar verməyə tələsmir. O, Versiliyonu daha bir neçə məşqdə sınadıqdan sonra son qərarını verəcək.

 

Qeyd edək ki, “Qəbələ” növbəti sınaq matçında yanvarın 17-də isə İsveçrə təmsilçisi “Sürix”lə qarşılaşacaq