Afrikanın ən bahalı futbolçusu Çinə transfer oldu

Afrikanın ən bahalı futbolçusu Çinə transfer oldu
11-01-2018 / 00:46 FUTBOL
785

“Vilyareal”ın hücumçusu Sedrik Bakambu Çinə köçməyə hazırlaşır. Apasport.az saytının Fransanın nüfuzlu “Ekip” nəşrinə istinadən məlumatına görə, konqolu futbolçu “Beijinq Qoan” klubu ilə anlaşıb.

 

Fransalı həmkarlarımızın iddiasına görə, hücumçu artıq Çində tibbi baxışdan keçib. “Vilyareal” keçiddən 40 milyon avro qazanacaq. Amma Bakambu çinlilərə vergilərlə birlikdə 74 milyon avroya başa gələcək.

 

Bu isə onu ən bahalı afrikalı futbolçu statusuna qaldırıb. Sedrik özü illik 18 milyon avro qazanacaq.

 

Qeyd edək ki, bu keçidə qədər ən bahalı afrikalı oyunçu “Leypziq”dən “Liverpul”a 56 milyon avroya transfer olunan qvineyalı Nabil Keyta idi.