“Real” və “Valensiya” keçdi, “Vilyareal” "ilişdi"

“Real” və “Valensiya” keçdi, “Vilyareal”
11-01-2018 / 02:19 FUTBOL
531

İspaniya Kral Kubokunda 1/8 finalın cavab oyunları davam edir. Apasport.az saytının məlumatına görə, 1/4 finala yüksələn daha 4 komanda bəlli olub.

 

“Valensiya” ilk oyunda 1:1 hesablı bərabərliyə razılaşdığı “Las Palmas”ı 4:0 hesabı ilə darmadağın edərək turu keçib.

 

“Vilyareal” səfərdə 0:1 hesabı ilə uduzduğu “Leqanes”ə 2:1 hesabı ilə qalib gəlsə də, səfər qolu qonaqların dadına çatıb. “Sarı sualtı gəmi” turnirlə vidalaşıb.

 

“Alaves” də sevinənlərdən olub. “Formentera”ya hər iki oyunda qalib gələn (3:1, 2:0) komanda adını qaliblərin sırasına yazdırıb.

 

“Real” isə ehtiyat heyətlə çıxdığı “Numansiya” qarşısında 2:2 hesablı bərabərliyə razılaşsa da, ilk oyundakı 3 cavabsız qol “kral klubu”nu ən güclü 8 komanda arasına çıxardıb.