Dəniz Yılmaz yeni klubu ilə müqavilə bağladı

Dəniz Yılmaz yeni klubu ilə müqavilə bağladı
11-01-2018 / 09:21 TOP OYUNLARI
391

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 29 yaşlı forvard karyerasını elə bu ölkədə davam etdirəcək.

 

Belə ki, bursalıların çoxdandı transferə çıxardıqları oyunçu “Gənclərbirliyi” ilə anlaşıb. Superliqada qalmaq uğrunda mübarizə aparan “Gənclərbirliyi” yığmamızın üzvü ilə 1,5 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Dəniz Yılmaz “Bursaspor”a 2016-cı ildə “Trabzonspor”dan keçmişdi.