Dino Ndlovunun keçidi rəsmiləşdi

Dino Ndlovunun keçidi rəsmiləşdi
11-01-2018 / 09:33 FUTBOL
531

“Qarabağ”dan ayrılaraq Çinin I dəstə təmsilçisi “Xançjou Qrintaun”la anlaşan Dino Ndlovunun keçidi rəsmiləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, CAR-lı forvardın transferinin detalları da açıqlanıb.

 

27 yaşlı futbolçu yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib. Bu keçidin “Qarabağ”a 675 min funt-sterlinq qazanc gətirdiyi bildirilir.

 

Qeyd edək ki, Dino Ndlovu “Qarabağ”a 2016-cı ilin yayında “Anortosios”dən keçmişdi.