UEFA millinin futbolçularını niyə cəzalandırıb?

UEFA millinin futbolçularını niyə cəzalandırıb?
11-01-2018 / 11:11 FUTBOL
717

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi 21 yaşadək futbolçulardan ibarət Malta yığmasının 6 üzvünü danışılmış oyuna görə cəzalandırıb. Apasport.az saytı xəbər verir ki, onlardan ikisi ömürlük futboldan uzaqlaşdırılıb.

 

Qitə futbol qurumu Maltanın U-21 komandasının 7 üzvünün İntizam Nizamnaməsinin (İN) 12-ci bəndinin danışılmış oyunlarla bağlı bir neçə maddəsini pozmasından şübhələnərək, onlara qarşı intizam araşdırması başladıb. İstintaq araşdırması U-21-lər arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Maltanın 23 mart 2016-cı il tarixində Monteneqroya, 29 mart 2016-cı ildə isə Çexiyaya qarşı keçirilmiş oyunla bağlı aparılıb.

 

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi ötən il dekabrın 14-15-də danışılmış oyunlarda şübhələndiyi hər bir oyunçu ilə bağlı bir neçə fərdi dinləmələr aparıb. Bu gün UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi intizam araşdırmasının son qərarını açıqlayıb:

 

- Emanuel Briffa, Kayl Çesare: Maddə 12 (2) (a) İN: Özü və ya üçüncü tərəf üçün üstünlük qazanmaq məqsədilə oyunun və ya yarışın gedişi və/və ya nəticəsindən üstünlük qazanmaq üçün qeyri-qanuni və ya əsassız təsirinə gətirib çıxaran hərəkətlərinə görə ömürlük futbol fəaliyyətinə qadağa qoyulur.

 

- Samir Arab: Maddə 12 (2) (d) İN: Oyunun və ya yarışın gedişi və/və ya nəticəsindən üstünlük qazanmaq üçün qeyri-qanuni və ya əsassız təsirinə gətirib çıxaran məsələlərlə haqqında dərhal və könüllü olaraq UEFA-nı məlumatlandırmadığına görə, 2 illik qadağa (31.12.2019-cu ilədək).

 

- Rayan Kamenzuli: Maddə 12 (2) (d) İN: Oyunun və ya yarışın gedişi və/və ya nəticəsindən üstünlük qazanmaq üçün qeyri-qanuni və ya əsassız təsirinə gətirib çıxaran məsələlərlə haqqında dərhal və könüllü olaraq UEFA-nı məlumatlandırmadığına görə, 1 il 6 ay müddətinə (30.06.2019-cu ilədək) qadağa və ictimai futbol xidməti (işləri) cəzası.

 

- Llivelin Kremona, Luk Montebello: Maddə 12 (2) (d) İN: Oyunun və ya yarışın gedişi və/və ya nəticəsindən üstünlük qazanmaq üçün qeyri-qanuni və ya əsassız təsirinə gətirib çıxaran məsələlərlə haqqında dərhal və könüllü olaraq UEFA-nı məlumatlandırmadığına görə, 12 aylıq (31.12.2018-cu ilədək) qadağa və ictimai futbol xidməti (işləri) cəzası

 

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi adları sadalanan oyunçulardan fərqli, Metyu Kremonaya qarşı qaldırılmış intizam araşdırmasını bağlamağa qərar verib. Nəticədə onun istənilən futbol fəaliyyətində iştirakına icazə verilib.

 

UEFA, həmçinin qurumun prezidenti Aleksander Çeferinin “futbolun tam özəyinə hücum edən xəstəlik” adlandırdığı danışılmış oyunlar bəlasından futbolu xilas etmək öhdəliyini bir daha vurğulayıb.